Emin Əmrullayev "Son zəng" müzakirələrinə son qoydu: "Uşaqlara sərbəstlik verilməlidir!"

Emin Əmrullayev "Son zəng" müzakirələrinə son qoydu: "Uşaqlara sərbəstlik verilməlidir!"
13.06.2026 13:41 Cəmiyyət

“Son zəng” tədbirlərində tənzimləmələr yalnız ictimai təhlükəsizlik və sağlamlığın qorunması baxımından olmalıdır. Digər məsələlərdə isə uşaqlara daha çox sərbəstlik verilməlidir".

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Bu gün burada maraqlı rəqslər və müxtəlif çıxışlar gördük. Ola bilər ki, bəzi məktəblərdə səsləndirilən mahnılar kimlərinsə xoşuna gəlməsin. Amma mən həmin uşaqları qınamazdım, sadəcə onlara güzəşt edərdim. Çünki onlar uşaqdırlar", - deyə nazir qeyd edib.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər