"Ekoloji məsələlər" üzrə Alt İşçi qrupun növbəti iclası keçirildi

"Ekoloji məsələlər" üzrə Alt İşçi qrupun növbəti iclası keçirildi
10.10.2025 00:21 Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hazırlanmaqda olan "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılmış "Ekoloji məsələlər" üzrə Alt İşçi qrupun növbəti iclası keçirilib.

Bu barədə TodayPress TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ətraf mühitin mühafizəsi sahəsində 2027-2030-cu illərdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub, İşçi Qrupda təmsil olunan və digər aidiyyəti dövlət qurumlarının təklifləri dinlənilib.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər