DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi

DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi
26.05.2025 11:58 Cəmiyyət

Dövlət Sərhəd Xidməti Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi konfrans keçirilib. 

TodayPress TV xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Akademiyanın rəhbər heyəti, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, professor-müəllim heyəti və kursantlar iştirak ediblər. 

Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti, hüquqi dövlət quruculuğunda, eləcə də insan hüquq və azadlıqlarının qorunmasında rolu, dövlət suverenliyinin möhkəmləndirilməsində görülən işlər barədə geniş məlumat veriblər. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Konstitusiya haqqında çıxışlarının yer aldığı videoçarx nümayiş olunub. 

Sonda şəxsi heyətin sualları cavablandırılmış, interaktiv müzakirələr aparılmış və bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.

FOTOLAR

DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 1
DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 2
DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 3
DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 4
DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 5
DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 6
DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 7
DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 8
DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi — 9
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər