Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi

Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi
10.06.2025 17:18 Cəmiyyət

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. 

Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib. 

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. 

Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.

FOTOLAR

Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi — 1
Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi — 2
Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi — 3
Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi — 4
Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi — 5
Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi — 6
Dövlət Komitəsinin sədri vətəndaş qəbulu keçirdi — 7
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər