Çindən idxal edilən baytarlıq preparatlarında uyğunsuzluq aşkarlandı

Çindən idxal edilən baytarlıq preparatlarında uyğunsuzluq aşkarlandı
19.06.2025 11:13 Cəmiyyət

Nəzarət tədbirləri çərçivəsində Çindən idxal edilən “Hebei Huabang Biotechnology Co.Ltd”nin istehsalı olan “Yeni Tetravit” əmtəə nişanlı baytarlıq preparatından nümunələr götürülərək müayinələrə cəlb edilib.

Bu barədə TodayPress TV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, sınaq nəticəsində məhsul partiyalarında Vitamin A, C, E göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunaraq 26 min 900 ədəd 100 ml-lik (suspenziya) və 20 min 400 ədəd 10 ml-lik (ampul) baytarlıq preparatı məhv edilib.

FOTOLAR

Çindən idxal edilən baytarlıq preparatlarında uyğunsuzluq aşkarlandı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər