Çin-Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başladı

Çin-Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başladı
03.10.2025 12:38 Cəmiyyət

Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən elektrik avtobuslarının istehsalı müəssisəsində bu ilin sonunadək 300 avtobusun istehsalı planlaşdırılır.

Bunu TodayPress TV-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.

Onun sözlərinə görə, bu avtobusların 200-ü Bakı, 60-ı Naxçıvan, 40-ı isə Qarabağ regionu üçün nəzərdə tutulur:

"Avtobuslar 9, 10 və 12 metrlik ölçülərdə olacaq. 9 metrlik avtobuslar əsasən Naxçıvanda, 12 metrliklər Bakıda, 10 metrliklər isə işğaldan azad olunmuş ərazilərdə istismar ediləcək", – deyə o qeyd edib.

Xatırladaq ki, avtobuslar Çin–Azərbaycan ortaq müəssisəsi olan "Azerbaijan Energy Automotive Factory"də istehsal olunur. Müəssisə sentyabrın sonunda fəaliyyətə başlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər