Cari ilin altı ayında Naxçıvanda 4 erkən evliliyin qarşısı alındı
2025-ci ilin altı ayında Naxçıvanda uşaq hüquqlarının qorunması istiqamətində 58 monitorinq keçirilib, 4 erkən evliliyin qarşısı alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyilib.
Həmçinin təhsildən yayınan 40 uşağın yaşadığı ünvanlarda monitorinqlər təşkil olunub, 33 uşağın dərsə davamiyyəti təmin edilib.
Aynur TAC