Bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Bölgələrdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
19.05.2025 16:20 Cəmiyyət

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. 

TodayPress TV xəbər verir ki, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qusarda 24 (Şahdağ), Goranboyda 23, Naftalanda 22, Şirvan və Gəncədə 20, Kəlbəcərdə 19, Tərtərdə 18, Culfada 16, Şəmkir, Biləsuvar, Tovuz və Ağstafada 15 m/s-dək güclənir. 

Kəlbəcər, Laçın, Quba, Xaltan, Şabran və Qusarda isə arabir yağış yağır. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Aran rayonlarında 29, Naxçıvan MR-da 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınır.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər