Bölgələrdə qısamüddətli yağış yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan, İsmayıllıda 1 mm-dək) qısamüddətli az yağış yağıb.
Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aavanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.