Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
16.08.2025 10:20 Cəmiyyət

Bəzi ərazilərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata əsasən, Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.

Yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər