Bəzi yerlərdə yağış yağdı, şimşək çaxdı - FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağdı, şimşək çaxdı - FAKTİKİ HAVA
15.08.2025 11:29 Cəmiyyət

Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 mm-dək qeydə alınıb.

Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər