Bəzi bölgələrdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Bəzi bölgələrdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
08.09.2025 09:37 Cəmiyyət

Ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı Balakən və Zaqatalada 54, Sarıbaşda (Qax) 20, Qubada 13, Şabranda 12, Qusarda 11, Lənkəranda 8, Astara, Yardımlı, Bərdə, Cəlilabad, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Şəki,Tovuz, Oğuz, Qrız, Yevlax və Zərdabda 4 mm-dək qeydə alınıb.

Yağan intensiv yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər