Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi

Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi
11.07.2025 16:21 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

TodayPress TV xəbər verir ki, iyulun 11-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında Nərimanov rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 52 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

FOTOLAR

Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi — 1
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi — 2
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər