Bakının üç rayonunda qaz olmayacaq

Bakının üç rayonunda qaz olmayacaq
15.08.2025 09:08 Cəmiyyət

Bu gün saat 10:00-dan etibarən Sabunçu, Suraxanı və Qaradağ rayonları ərazisindəki qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz"dan TodayPress TV-yə verilən məlumata görə, Sabunçu rayonu üzrə C.Şərifov, E.Mehtiyev, İ.Əfəndiyev, Q.Musabəyov, X.Natavan, 1 May və Y.Saratov küçələrinin bir hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin Umbakı, Əzimkənd, Səngəçal qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Suraxanı rayonu üzrə isə kənd Hövsan ərazisinin, Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər