Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının bəzi ərazilərində qaz olmayacaq
18.07.2025 09:52 Cəmiyyət

"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar” QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar bu gün Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrində qaz kəsiləcək.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər