Bakıda "Son zəng" həyəcanı - FOTOLAR

Bakıda "Son zəng" həyəcanı - FOTOLAR
13.06.2026 13:25 Cəmiyyət

Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.

TodayPress TV xəbər verir ki, bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur.

Onlardan 55 min 954 nəfəri qız, 60 min 596-sı isə oğlandır. İşğaldan azad edilmiş ərazilərdə yerləşən 25 ümumi təhsil müəssisəsində də "Son zəng" tədbiri keçirilir, 171 məzun məktəblə vidalaşır.

2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son zəng" tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçirilib.









XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər