Bakıda “Alman Birliyi Günü” qeyd olundu

Bakıda “Alman Birliyi Günü” qeyd olundu
03.10.2025 23:50 Cəmiyyət
Bu gün Bakıda Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Alman Birliyi Günü” qeyd olunub.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi, xarici ölkə səfirləri və ataşelər, diplomatlar, Milli Məclisin deputatları, Azərbaycanda Katolik Kilsəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimin başlanğıcında Azərbaycan və Almaniya dövlət himnləri səsləndirilib.

Ardınca Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann çıxış edərək, ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafından söz açıb və bu əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Sonra isə fəxri qonaq qismində dəvət olunan Azərbaycan Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov çıxış edib.

O, iqtisadi, enerji, humanitar və digər sahələrdə Azərbaycan-Almaniya tərəfdaşlığı çərçivəsində görülən işlərdən danışıb və ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib.

Tədbir bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, 3 oktyabr 1990-cı ildə Şərqi Almaniya (Almaniya Demokratik Respublikası) rəsmən Qərbi Almaniya (Almaniya Federativ Respublikası) ilə birləşərək vahid Almaniya dövlətini yaradıb.

XƏBƏR LENTİ
02 IYUN 2026
Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 500 minlik məhkəmədə yeni QƏRAR - Əvvəl bəraət, indi isə... 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Putin milyarderləri "tasa oturtdu": Bağlı qapı arxasında hədə - qorxunun maliyyəti... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Nikol Paşinyan Azərbaycana 4-5 milyard dollar dəyərində silah verib - nə üzlə səs istəyir? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Qazaxıstanı keçən millimiz indi Çexiyanı hədəfləyir 10:43 İran qarışıb, hakimiyyət çöküb - Prezidenti divara sıxıblar, SEPAH sərhəd tanımır 10:39 Azərbaycan onu gözləyir: Tramp yeni elçisini göndərir 10:37 Hamının yolunu gözlədiyi yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq 10:30 Osaka öz etirafı ilə gündəm oldu: artıq üzülmürəm 10:22 Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir... 10:16 Ukrayna Qərbi sıxışdırdı– Kiyevdən yeni xəbərdarlıq 10:10 Bina və hündür ağaclardan uzaq durun - Fövqəladədən XƏBƏRDARLIQ! 10:07 Arteta böyük dəyişikliklərə hazırlaşır: transfer planı açıqlandı 10:17 DİM-dən abituriyentlərə MÜRACİƏT - Qabilliyət imtahanları... 09:58 Dəmir Yollarından ictimaiyyətə müraciət - ÖLƏN VAR 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Kiyevi yer üzündən silir - Gecə boyunca zərbələr davam edir - VİDEO 09:09 ABŞ-nin təzə qurbanı OMAN: Bu dəfə İranın nişangahında 09:02 Bütün Xəbərlər