Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olundu

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olundu
14.06.2026 15:00 Cəmiyyət

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub.

Bu barədə TodayPress TV-yə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

"Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar", məlumatda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər