Bakı Limanı bu yüklərin daşınmasında REKORD NƏTİCƏYƏ çatdı

Bakı Limanı bu yüklərin daşınmasında REKORD NƏTİCƏYƏ çatdı
07.04.2026 12:53 Cəmiyyət

Bu ilin birinci rübündə "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC 423 min 124 ton səpkili yük (karbamid, kükürd) aşırıb.

Bu barədə TodayPress TV-yə ADY-dən verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə təqribən 46 % çoxdur.

Eyni zamanda, bu ilin martında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin martında qeydə alınan göstəricidən 94 % çoxdur, həmçinin aşırılmış səpkili yüklər üzrə aylıq rekord nəticədir.

Bundan başqa, martda Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşmaşı olub ki, bu da öz növbəsində rekord göstəricidir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər