Azərbaycanda qeydiyyata alınmaq üçün neçə nəfər müraciət edib?

Azərbaycanda qeydiyyata alınmaq üçün neçə nəfər müraciət edib?
23.06.2025 17:53 Cəmiyyət

May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) 47 min 755 müraciət qeydə alınıb.

Bu barədə DMX-dən TodayPress TV-yə verilən məlumata görə, müraciətlərdən 28 min 322-si əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 6 min 297 nəfər müraciət edib.

Bundan başqa, müraciətlərdən 11 min 26-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1 175-i isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər