Azərbaycana qızıldan bahalı balıq növü idxal olunur - Qiymətlər necə olacaq?
Cəmiyyət
03.04.2026 16:53
Bu il son 16 ildə ilk dəfə olaraq Portuqaliyadan tədarük (3,6 min ABŞ dolları dəyərində 1,1 ton) həyata keçirilib. Ümumilikdə isə Azərbaycana 472 min ABŞ dolları dəyərində 230 min ton nərə balığı (dondurulmuş) idxal edilib.
Bəs idxal balıq qiymətlərinə necə təsir edir?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Günay Hüseynova bildirib ki, Nərə balığına həm vətəndaşlar, həm də restoranlar tərəfindən yüksək tələb var.

Onun sözlərinə görə, bazarda həmin balığın 1 kiloqramının qiyməti 130-135 manat arasındadır:
"Bir zamanlar qızılın qramı ilə eyni qiymətə malik idi. Daxili bazarda qiyməti tarazlamaq məqsədilə müxtəlif ölkələrdən həmin məhsul idxal olunur. Lakin bir məsələ var ki, onsuz da bu balıq növü bahalı kateqoriyaya daxildir və əlavə olaraq daşınma xərcləri də əlavə olunduqda qiymətlər heç də əlçatan olmur".
İqtisadçının fikrincə, bu sahədəki tərəfdaşlıq və idxal yalnız mövcud qiyməti sabit saxlayacaq.
"Təklif tələbi üstələdikdə və idxal olunan məhsulun qiyməti olduqca ucuz başa gəldikdə isə bu məhsul daxili bazarda ucuzlaşa bilər", - deyə ekspert fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,İqtisadçı,Nərə balığı,Tədarük,Todaypress.tv,
