Azərbaycan və Çin Orta Dəhlizdə blok-qatarlarının sayını artıracaq

Azərbaycan və Çin Orta Dəhlizdə blok-qatarlarının sayını artıracaq
04.06.2025 11:11 Cəmiyyət

Azərbaycan və Çin Orta Dəhliz üzrə konteyner blok-qatarlarının artırılması ilə bağlı atılacaq addımlar, Çindən Qara dənizə kimi yüklərin izlənməsinə imkan verəcək rəqəmsal platforma ilə bağlı fikir mübadiləsi aparılıb.

TodayPress TV “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, bu müzakirələr iyunun 2-5-də Almaniyanın Münhen şəhərində təşkil olunmuş “Nəqliyyat və Logistika – 2025’’ (Transport Logistic 2025) beynəlxalq sərgisində iştirak edən ADY sədri Rövşən Rüstəmovun Çinin Dəmiryol Konteyner Daşımaları Korporasiyasının (“China Railway Container Transport Corp.” – CRCT) prezidenti Yanq Binlə baş tutan görüşdə aparılıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında inkişaf edən nəqliyyat əlaqələri müzakirə olunub, bu xüsusda aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında imzalanmış “Kəmər və yol” təşəbbüsünün birgə təşviqi və beynəlxalq multimodal daşımalar haqqında sənədlərin xüsusi əhəmiyyəti qeyd olunub.

Həmçinin CRCT-nin Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol qurumları arasında təsis edilmiş “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəyə qoşulmasının Orta Dəhlizin potensialının gücləndirilməsi istiqamətində mühüm addım olduğu vurğulanıb.

Həmçinin R. Rüstəmov sərgi çərçivəsində bir sıra aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb. O, Çinin digər aparıcı logistika şirkəti “Beijing Trans Eurasia International Logistics”in icraçı direktoru Uansu Donqla da görüşüb, bu şirkətin Çindən Avropaya və əks istiqamətdə blok-qatarların göndərilməsi üzrə ADY ilə əməkdaşlığı genişləndirmək barədə təklifləri müzakirə edilib, həmçinin Orta Dəhlizlə yükdaşımaların artırılması ilə bağlı qarşıdakı dövr üçün planlar nəzərdən keçirilib.

Sərgi çərçivəsində ADY sədri həmçinin Bolqarıstanın Burqas Limanının baş direktoru Boris Balev və Almaniyanın Hamburq Limanında fəaliyyət göstərən “HHLA International GmbH” şirkətinin rəhbərliyi ilə Orta Dəhliz üzrə yükdaşıma əməliyyatlarının səmərəli təşkili üçün regional limanlar arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Almaniyanın “Rhenus Group” və Avstriya Dəmir Yollarının (ÖBB) “ÖBB Rail Cargo Group” şirkətlərinin rəhbər heyəti ilə baş tutmuş görüşlərdə isə Çin–Avropa–Çin nəqliyyat bağlantısı ilə Azərbaycan üzərindən yükdaşımaların daha səmərəli təşkili üçün görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı həmçinin Azərbaycanın Şərq-Qərb bağlantısında mühüm qovşaq kimi aparıcı rolu, nəqliyyat infrastrukturunun, o cümlədən Bakı–Tbilisi–Qars dəmiryol xəttinin perspektivləri diqqətə çatdırılıb.

Qeyd edək ki, ADY Münhendə təşkil olunmuş nüfuzlu mobillik sərgisində xüsusi stendlə təmsil olunur. Stenddə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, şirkətin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumatlar təqdim olunur.

FOTOLAR

Azərbaycan və Çin Orta Dəhlizdə blok-qatarlarının sayını artıracaq — 1
Azərbaycan və Çin Orta Dəhlizdə blok-qatarlarının sayını artıracaq — 2
Azərbaycan və Çin Orta Dəhlizdə blok-qatarlarının sayını artıracaq — 3
Azərbaycan və Çin Orta Dəhlizdə blok-qatarlarının sayını artıracaq — 4
XƏBƏR LENTİ
04 IYUN 2026
Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Bütün Xəbərlər