Azərbaycan və Çin aviasiya sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Çin aviasiya sahəsində əməkdaşlığı müzakirə etdi
28.10.2025 10:54 Cəmiyyət

Azərbaycan və Çin aviasiya sahəsində əməkdaşlığın möhkəmlənməsi, hava nəqliyyatı əlaqələrinin inkişafı və qarşılıqlı tərəfdaşlıq imkanları barədə müzakirələr aparılıb.

TodayPress TV xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.

Məlumata görə, müzakirələr S.Rzayevin Çinin Sian şəhərinin meri Ye Niu Pinqin və "China West Airport Group"un vitse-prezidenti Lianq Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü çərçivəsində aparılıb.

Bildirilib ki, görüş zamanı Prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə səfəri ilə dövlətlərarası əlaqələrin genişlənməsi və yüksək mərhələyə qədəm qoyması vurğulanıb.

İki ölkə arasında viza rejiminin ləğvi ilə səyahət edənlərin sayındakı artımla bağlı məlumatlar paylaşılıb.

Xatırladaq ki, AZAL 2023-cü ilin dekabrından Pekinə müntəzəm uçuşlara başlayıb. Aviaşirkət 2024-cü il ərzində bu istiqamətdə 104 reys yerinə yetirərək 28 mindən çox sərnişin daşıyıb. Cari ilin sentyabr ayına kimi isə 110 reys (gediş-gəliş) həyata keçirilib və 38 mindən çox sərnişinə xidmət göstərilib.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 3 Avropa lideri Ukrayna böhranını müzakirə edəcək 18:21 Tehrandan dünyaya çağırış: 17 zərbə dalğası.. 18:13 Almaniya XİN xəbərdarlıq etdi: Küveyt və Bəhreynə səfər etməyin! 18:05 18 yaşlı Yamal La Liqanı fəth etdi: mövsümün ən yaxşısı seçildi 17:58 Bakıxanovda yaşayış binası yanır 17:54 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəldi 17:49 Taşdemir dönəmi başa çatdı: klubdan rəsmi açıqlama! 17:31 Küveyt Əmiri İlham Əliyevi təbrik etdi 17:20 Dron hücumunda yaralanan vətəndaşımız: Hər şey yaxşıdır - VİDEO 17:13 Ev trasında parlayan Lekler Monakoda hamını geridə qoydu! 17:05 Koçaryan Azərbaycana məlumat ötürübmüş - 100 erməni mühasirəyə düşüb 16:59 "CNN" Azərbaycanı iki cəbhəyə qarşı qoyur 16:58 “Liverpul” əfsanəsi yeni macəraya başlayır! 16:52 Gəmidə həlak olan vətəndaşlarımızın şəxsiyyəti məlum oldu 16:46 Rusiya gözlənilmədən fəallaşdı: Sülh müqaviləsini Moskvada bağlayaq... 16:40 Bəs azərbaycanlılar kollektiv idman növlərini bacarmırdı? 16:33 Qazaxıstan oyunları öncəsi U-17-də heyət yeniləndi 16:18 Bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 16:15 Bütün Xəbərlər