AZAL 34 YAŞINI qeyd edir

AZAL 34 YAŞINI qeyd edir
07.04.2026 11:10 Cəmiyyət

"Azərbaycan Hava Yolları"nın (AZAL) yaranmasının 34-cü ildönümüdür.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, 1992-ci il aprelin 7-də təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyən edib. Bu əlamətdar tarix Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan birini təmsil edir.

"Yerli uçuşlar həyata keçirən milli aviadaşıyıcı kimi fəaliyyətinə başlayan AZAL 34 il ərzində Azərbaycanda mülki aviasiyanın inkişafında əvəzolunmaz bir rol oynamış və regionun aparıcı aviaşirkətlərindən birinə çevrilmişdir. Donanmanın və marşrut şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təhlükəsizlik və xidmət standartlarının tətbiqi, həmçinin ixtisaslı aviasiya kadrlarının hazırlanması AZAL-ın fəaliyyəti müddətində əsas strateji prioritet olaraq qalır", - AZAL-dan bildirilib.

Qeyd edilib ki, hazırda AZAL-ın donanmasında "Boeing", "Airbus" və "Embraer" tipli 30-a yaxın müasir və yüksək komfortlu hava gəmisi mövcuddur. 2032-ci ilədək donanmanın 50-dən çox təyyarə ilə genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, AZAL yerli aviasiya kadrlarının peşəkar pilot kimi yetişdirilməsinə investisiya edərək insan kapitalının inkişafına əhəmiyyətli töhfə verir. Bu hədəflərin hər biri AZAL sərnişinlərini rahat səyahət imkanları ilə təmin etmək missiyasına xidmət edir.

AZAL-ın daim genişlənən marşrut şəbəkəsi Azərbaycanın qlobal miqyasda hava əlaqələrini gücləndirərək ölkədə nəqliyyat və turizm imkanlarının inkişafında əhəmiyyətli rol oynayır:

"Belə ki, 2022-ci ildən bu günə kimi sərnişinlərin yeni mədəniyyətləri kəşf edə biləcəyi istiqamətlərin sayı təxminən iki dəfə artıb. Hazırda AZAL sərnişinlərinə dünyanın müxtəlif regionlarında yerləşən çoxsaylı şəhərlərə birbaşa uçuşlar təklif edir. Marşrut şəbəkəsinin ardıcıl şəkildə genişləndirilməsi həm işgüzar səfərlər, həm də turistik səyahətlər üçün daha geniş seçim imkanı yaradır, həmçinin Azərbaycanın əsas tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir".

Məlumatda vurğulanıb ki, fəaliyyət göstərdiyi bütün dövrlər ərzində AZAL uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq əməliyyat proseslərini beynəlxalq aviasiya standartlarına uyğun şəkildə inkişaf etdirib. Pilotların hazırlanması ilə yanaşı texniki heyət və kabin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün təlim proqramları həyata keçirilir. Yerli mütəxəssislərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə praktiki təlimlərə cəlb olunması Azərbaycanda peşəkar aviasiya mühitinin formalaşmasına mühüm töhfə verir.

Eyni zamanda, beynəlxalq aviasiya qurumları ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik, texniki xidmət və əməliyyatların idarə olunması sahələrində qabaqcıl təcrübələr tətbiq edilir. Bu yanaşma ölkənin milli aviadaşıyıcısına sərnişinlərə etibarlı, təhlükəsiz və yüksək keyfiyyətli xidmət təqdim etməyə imkan yaradır.

Təsadüfi deyil ki, 34 illik fəaliyyəti ərzində AZAL xidmət keyfiyyəti, təhlükəsizlik standartları və sərnişin məmnuniyyəti sahəsində əldə etdiyi nəticələrlə müxtəlif nüfuzlu mükafatlara layiq görülüb. 2015-ci ildə Böyük Britaniyanın dünyaca məşhur və aviaşirkətlərin xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində ən mötəbər konsaltinq şirkəti "Skytrax" Azərbaycan Hava Yollarına nüfuzlu "4 ulduz" reytinqi verib. 2025-ci ildə isə AZAL artıq 5-ci dəfə sözügedən mükafatla təltif olunub.

Bununla yanaşı, "SkyTrax" şirkəti 2018-ci ildə AZAL-ı "Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət" kimi tanıyıb. Bu nailiyyətin üzərindən çox keçmədən, 2020-ci ildə aviasiya analitik-sorğu nəşri olan "Official Airline Guide" ("OAG") Azərbaycan Hava Yollarını Avropanın 2019-cu ilin ən punktual aviaşirkəti kimi tanıyıb. Ötən il isə AZAL "Skytrax" təşkilatının keçirdiyi "World Airline Awards 2025" mükafatı çərçivəsində "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət" nominasiyasının qalibi elan olunub.

Azərbaycanın milli aviadaşıyıcısı üçün xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2021-ci ildə uzun fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnallarının yenidən ötürülməsi olub. Bu siqnalları ilk qəbul edən məhz AZAL təyyarələri olub.

"34 illik bu inkişaf yolu ərzində əldə olunan uğurlar AZAL-ın regionda rəqabətqabiliyyətli mövqeyini və beynəlxalq aviasiya məkanında etibarlı daşıyıcı kimi nüfuzunu bir daha təsdiqləyir.

AZAL-ın gələcəyə yönəlmiş inkişaf strategiyası yalnız sərnişinlərə təhlükəsiz və rahat uçuş təcrübəsi təqdim etməyi deyil, eyni zamanda ölkəmizi qlobal hava məkanlarında etibarlı şəkildə birləşdirən mühüm nəqliyyat qovşağı kimi möhkəmləndirməyi hədəfləyir", - məlumatda qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 Bütün Xəbərlər