AYNA: İctimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır

AYNA: İctimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır
09.06.2025 14:22 Cəmiyyət

Gəncə şəhərində ictimai nəqliyyatın keyfiyyətinin və təhlükəsizliyinin artırılması, peşəkar və məsuliyyətli sürücü heyətinin formalaşdırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni layihənin icrasına başlayıb. 

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

AYNA-nın Təlim-Tədris Mərkəzi tərəfindən Gəncədə ictimai nəqliyyat sahəsində fəaliyyət göstərmək üçün müraciət edən 700-ə yaxın sürücünün bacarıqlarının yoxlanılması həyata keçirilir. 

İlkin mərhələdə sürücülər hərəkətə başlama, manevretmə və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi, müxtəlif trayektoriyalar üzrə idarəetmə kimi praktiki tapşırıqları yerinə yetiriblər. Yoxlama zamanı müvəffəqiyyət göstərən sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra təlim prosesinə cəlb ediləcəklər. 

Təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, avtobusların istismarına dair normativ tələblər, ictimai nəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekoloji səmərəliliyin artırılması məqsədilə “ekosürmə” texnikası üzrə nəzəri və praktik biliklər veriləcək. 

Qeyd edək ki, bu yanaşma sərnişin məmnuniyyətinin yüksəlməsinə və yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir.

FOTOLAR

AYNA: İctimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır — 1
AYNA: İctimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır — 2
AYNA: İctimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır — 3
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər