Atası tərəfindən şiddətə məruz qalan uşaq sağaldı

Atası tərəfindən şiddətə məruz qalan uşaq sağaldı
09.10.2025 16:23 Cəmiyyət

Bir neçə gün öncə həyatda sağ qalması belə möcüzə sayılan azyaşlı yaşamaq üçün mübarizəsini qalib başa vurub.

TodayPress TV xəbər verir ki, 27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilən Musanın vəziyyəti dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də nəzarətə götürülərək, aidiyyəti qurumlarla birgə fəaliyyətə başlanılıb. 

Azyaşlının vəziyyətinin ağır olması səbəbindən onun təcili Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Həkimlərin səyi nəticəsində həyat savaşı verən azyaşlı yenidən həyata qaytarılıb.

Hazırda Musanın vəziyyəti stabildir. Hələ də xəstəxanadadır, amma təhlükəli mərhələni geridə qoyub.

Qeyd edək ki, azyaşlının müalicəsi TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

TodayPress TV

FOTOLAR

Atası tərəfindən şiddətə məruz qalan uşaq sağaldı — 1
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər