AQTİ-nin yeni saytı istifadəyə verildi

AQTİ-nin yeni saytı istifadəyə verildi
07.06.2025 14:29 Cəmiyyət

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günündə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yeni saytı istifadəyə verilib. Sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir. Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb.  

Bu barədə TodayPress TV-yə AQTİ-dən məlumat verilib.

Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq. 

Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun təklif etdiyi təlimlər, konsaltinq, halal sertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digər xidmətlər sahibkarlar üçün daha asan formada təqdim olunub. 

Yenilənən saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyən sahibkarlar üçün  yeni “Kalkulyator” bölməsi yaradılıb ki, burada müvafiq bölmələri dolduraraq "HALAL" sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənmək mümkündür. 

Saytda hər gün yenilənən maraqlı məqalələr istehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiya mənbəyidir.

XƏBƏR LENTİ
04 IYUN 2026
"Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 Bütün Xəbərlər