23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı

23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı
21.05.2025 13:30 Cəmiyyət

Din xadimlərindən 5 imam, 14 imam müavini və 4 qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar. 

Bu barədə TodayPress TV-yə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Bildirilib ki, Komitə sədri Ramin Məmmədov mayın 21-də İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb. 

O, din xadimlərinin vəzifəyə təyin olunmasında şəffaf və obyektiv meyarların tətbiqinin bu sahədə peşəkar yanaşmanın, ictimai etimadın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Sədr din xadimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

R.Məmmədov, eyni zamanda Komitə tərəfindən dini və milli-mənəvi dəyərlərin sağlam təməllər üzərində təbliğ olunması məqsədilə çap edilən “Xütbələr” kitabından istifadənin vacibliyinə toxunub. 

Yeni təyinat almış din xadimləri dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirərək məmnunluqlarını ifadə ediblər.

FOTOLAR

23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı — 1
23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı — 2
23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı — 3
23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı — 4
23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı — 5
23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı — 6
23 din xadimi dini ayinlərin icraçısı vəzifəsinə təyinat aldı — 7
XƏBƏR LENTİ
01 IYUN 2026
Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 Bütün Xəbərlər