SSRİ yenidən yaradılacaq? Qərb iddia, Kreml təkzib edir...

SSRİ yenidən yaradılacaq? Qərb iddia, Kreml təkzib edir...
22.12.2025 18:05

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın SSRİ-ni bərpa etməyi planlaşdırdığı barədə yayılan məlumatları təkzib edib. Onun sözlərinə görə, bu iddialar reallığa uyğun deyil və mümkün yanlış kəşfiyyat qiymətləndirmələrinin nəticəsidir.

Qeyd edək ki, bundan əvvəl Reuters ABŞ kəşfiyyat mənbələrinə istinadən Vladimir Putinin sovet təsir zonasını bərpa etmək niyyətində olduğu barədə məlumat yaymışdı. 

Maraqlıdır, Rusiyanın həqiqətən belə bir məqsədi ola bilərmi?  

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azad Məsiyev bildirib ki, Qərb mediası Rusiya ətrafında gərginlik yaratmaq üçün informasiya müharibəsi aparır: 


"Qeyd etmək lazımdır ki, Qərb kütləvi informasiya vasitələri hazırda psixoloji və informasiya müharibəsi aparır. Bu, təbiidir, çünki Rusiya–Ukrayna münaqişəsində Qərb fəal iştirak edir və faktiki olaraq tərəfdir.

Ümumilikdə Qərb dövlətləri açıq şəkildə Rusiya ətrafında gərginlik yaratmağa çalışırlar. Xüsusilə informasiya məkanında “Putin SSRİ-ni bərpa edəcək” tezisinin gündəmə gətirilməsi ilə Rusiyanın ətrafındakı müstəqil respublikaları Moskvanın əleyhinə yönəltmək məqsədi güdülür".

Analitik qeyd edib ki, SSRİ-nin ideoloji əsasları olmadığından onun bərpası mümkün deyil: 

"Əvvəla qeyd etmək lazımdır ki, SSRİ ideoloji bir dövlət idi və bu ideoloji baza olmadan onun yenidən yaradılması mümkün deyil. Rusiya rəsmiləri də bunu dəfələrlə açıq şəkildə bəyan ediblər. Hətta Vladimir Putinin məşhur bir ifadəsi var: “SSRİ-nin dağılmasına görə kədərlənməyənlərin qəlbi yoxdur, onu bərpa etmək istəyənlərin isə ağlı yoxdur.”"

Onun sözlərinə görə, buna baxmayaraq, Qərb mediası Rusiya ətrafında gərginlik yaratmaq cəhdlərini davam etdirir və bu cür informasiya kampaniyalarını məqsədli şəkildə gücləndirir. Bu yanaşmanın əsas məqsədi Rusiyanı təcrid etmək, eləcə də onun müttəfiqi olan respublikaları Rusiya əleyhinə istifadə etməkdir.

A.Məsiyev sonda əlavə edib ki, bu cür iddialar Rusiyaya qarşı yönəlmiş təbliğatın tərkib hissəsidir. Rusiya rəsmiləri isə ardıcıl şəkildə SSRİ-nin bərpasının qeyri-mümkün olduğunu vurğulayırlar. Qərbin əsas məqsədi Rusiyanı zəiflətmək və beynəlxalq ictimaiyyətdə dezinformasiya yaymaqdır.

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Bütün Xəbərlər