Ukrayna dron istehsalını ABŞ-yə ötürür
ABŞ və Ukrayna arasında yeni hərbi texnologiya müqaviləsi hazırlanır.
TodayPress TV xəbər verir ki, bu barədə "Semafor" portalı məlumat yayıb.
Bildirilir ki, bu razılaşma Ukraynanın dron istehsalı texnologiyasını Vaşinqtona ötürməsini nəzərdə tutur.
Qeyd olunur ki, bu dəfə texnologiya tədarükü Kiyevdən Vaşinqtona ediləcək. Müqavilə çox milyardlıq dəyərə malikdir və hazırda Ukrayna rəsmiləri bu məsələni Vaşinqtonda müzakirə edirlər.
Türkan İsgəndərli