Türkiyədə dənizə girmək qadağan edildi

Türkiyədə dənizə girmək qadağan edildi
28.08.2025 15:40 Dünya

Türkiyənin Sakarya vilayətində əlverişsiz hava şəraiti səbəbindən dənizə girməyə müvəqqəti qadağa qoyulub.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Qadağa Qaradəniz sahili boyunca yerləşən Karasu, Kocaali və Kaynarca rayonlarını əhatə edir. Həmin bölgələrdə güclü dalğalar və təhlükəli rip cərəyanları müşahidə olunur.

Rayonların yerli icra hakimiyyətləri təhlükəsizlik məqsədilə dənizdə üzməyi qadağan edən qərar qəbul ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər