Londonda etirazların miqyası böyüdü
İngiltərənin paytaxtı Londonda qeyri-qanuni miqrasiyaya qarşı keçirilən genişmiqyaslı etiraz iğtişaşlara çevrilib.
TodayPress TV xəbər verir ki, polis məlumatına görə, 26 zabit yaralanıb, 25 nəfər saxlanılıb.
Digər iştirakçıların şəxsiyyəti müəyyənləşdirilir.
Aksiyada 110-150 min nəfərin iştirak etdiyi bildirilir. Toqquşmalar polisin nümayişçilərin təyin olunmuş ərazini tərk etməsinə mane olarkən başlayıb. Qarşıdurma zamanı hüquq-mühafizəçilərə fiziki zorakılıq tətbiq edilib.
Türkan İsgəndərli