Lavrov Türkmənistan prezidenti ilə görüşəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkmənistana rəsmi səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
O bildirib ki, Lavrov səfər zamanı Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov, Nazirlər Kabinetinin sədr müavini və xarici işlər naziri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, səfər iyunun 24-25 tarixlərini əhatə edəcək.
Türkan İsgəndərli