Gürcüstanın XTQ rəisi istefa verdi

Gürcüstanın XTQ rəisi istefa verdi
11.06.2025 01:33 Dünya

Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin rəisi, xalq arasında “Xareba” kimi tanınan Zviad Xarazişvili istefa verib.

TodayPress TV  xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun yerinə Roman Kartsivadze təyin edilib.

Hakim partiya etirazçılara qarşı qəddar hərəkətlərinə görə Qərbin sanksiyaları altında olan Xarazişvilinin istefaya getməsi ilə bağlı müxalifət mediasında yayılan xəbərləri daha əvvəl təkzib etmişdi.

Xatırladaq ki, mayın 28-də daxili işlər nazirində dəyişiklik olub. Vaxtanq Qomelaurinin yerinə Gela Geladze Daxili İşlər Nazirliyinin rəhbəri təyin edilib.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər