BRICS Qərbin hegemoniyasına təhlükə kimi qiymətləndirilir

BRICS Qərbin hegemoniyasına təhlükə kimi qiymətləndirilir
07.07.2025 11:26 Dünya

Qərb ölkələri BRICS təşəbbüslərini öz hegemonluqlarına təhdid və dünya nizamını yenidən qurmaq cəhdi kimi dəyərləndirirlər.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazır.

Nəşrin yaydığı məlumata əsasən, BRICS-in yekun bəyannamə layihəsində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarının pozulması ilə bağlı narahatlıq ifadə olunur və Beynəlxalq Valyuta Fondunun (BVF) islahatı tələbi qeyd edilir.

Məqalədə vurğulanır ki, BRICS-in təşəbbüsləri sırasında yer alan Yeni İnkişaf Bankının yaradılması da Qərb üçün ayrıca təhlükə hesab olunur. Bu bankın fəaliyyəti inkişaf etməkdə olan ölkələrə investisiyaların artmasına və BİRİKS ölkələrinin xərclərinin azalmasına səbəb ola bilər.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər