“Sabah”ı uğurlu sabaha aparan yol

“Sabah”ı uğurlu sabaha aparan yol
05.08.2025 12:22 UEFA

UEFA 2025/2026-cı il mövsümünün pley-off mərhələsinin püşkləri ilə avrokubokların həlledici raunduna yaşıl işıq yandırdı.   

TodayPress TV xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil etdiyi mərasimdə Azərbaycan təmsilçilərinin də rəqiblərini müəyyən edib.

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının Çempionlar yolunda inamla irəliləyən “Qarabağ” uğurlu çıxış müqabilində pley-offda "Ludogorets (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi ilə bir araya gələcək. Azərbaycan çempionu Şimali Makedoniya "Şkendiya"sını büdrədə bilməsə, Balkan duetinin məğlubu ilə Avropa Liqasında qarşılaşacaq. 

Çempionumuzun bir-birindən fərqli avrokuboklar yürüşü ilə yanaşı, mövsümə damğasını vurub qitəmiqyaslı turnirlərə vəsiqə qazanan digər təmsilçilərimizin çıxışı da böyük maraq doğurur. 

Kor püşk “Araz-Naxçıvan” və “Sabah” klublarının da rəqiblərini  müəyyən edib. 

Avrokuboklardakı debüt ilində baxımlı oyunu ilə diqqət çəkən “Araz-Naxçıvan” Kipr “Omoniya”sını mübarizədən kənarlaşdırsa, Avropa Liqasında PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə qarşılaşacaq.

Cari mövsüm avrokubokların iki mərhləsində top qovan “Sabah” isə III təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya) kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycan Kubokunun sahibi Balkan təmsilçisini adlayıb “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə oyunda güclünü müəyyən edəcək. 

“Araz-Naxçıvanla” müqayisədə “Sabah”ın yenə püşkdə bəxti gətirməyib. Paytaxt təmsilçisi uğurlu çıxış müqabilində cütün şəksiz favoriti sayılan “Az Alkmaar”la ciddi döyüşməli olacaq. Bu missiyada təkcə döyüşmək yox, həm də heyət önəmlidir. Hər halda ümidimizi itirməyək. Beləki, paytaxt təmsilçisi buna qədər gözəl, baxımlı, izləməsi xoş olan qələbə qazanıb. Geridə qalan mərhələ analiz və geniş müzakirələrə ehtiyacın olmadığını göstərdi. Çünki rəqib “Sabah” önündə çox şeylə yadda qalmadı. Başqa sözlə "Sabah"ı çox bərkə-boşa sala bilmədi. Sofiya turu öncəsi masazırlılar gözəl 45 dəqiqəlik oyun nümayiş etdirərək kim kimdir məsələsini elə ilk yarıda bağladılar.

Unutmayaq ki, “Sabah”ın Coy-Lens Mikels kimi lokomotivi var. Adam həm "Petrokub", həm də “Selye” qarşısında fırtına idi. Mikels performansını rəqiblərin zəifliyinə bağlamaq məncə düzgün olmazdı. Təki davamlı olsun.  

“Sabah” üçün əvvəlcə "Selye", daha sonra isə "Petrokub" yaxşı sınaq oldu. Komanda bu sınaqlarda özünəinamı itirmədi. “Sabah” əsl imtahanı qismət olsa “AZ Alkmaar” qarşısında verəcək.

Bir sözlə, hər şey keçəcək, bu da... Amma heç nə izsiz keçmir!

Nə olduğunu qəbul et. Olanı burax. Nə olacağına inan.

Xatırladaq ki, UEFA Avropa Liqasına I təsnifat mərhələsindən qatılan “Sabah” klubu bu turnirdəki iştirakına görə 150 min avro mükafat qazanıb. “Selye” ilə qarşılaşmada məğlub olan komanda mübarizəsini Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirib. Bakılılar bu mərhələdə iştiraka görə 350 min, "Petrokub" üzərindəki qələbəyə görə isə əlavə 550 min avro mükafata sahib çıxıblar. 

Ümumilikdə “Sabah”ın avrokuboklardan indiyə qədər qazancı 1 milyon 50 min avro təşkil edib. Uğurlu çıxış müqabilində məbləğ daha da artacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 21-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək. 

Namiq HUN

XƏBƏR LENTİ
31 MAY 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Bütün Xəbərlər