İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında

İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında
22.10.2025 11:14 Turizm

Asiya və Avropa qitələrinin qovşağında, Bosfor boğazının sahilində yerləşən İstanbul 2025-ci ilin ilk doqquz ayında 13,5 milyon turist qəbul edərək Avropanın ən çox ziyarət edilən şəhərləri arasında yer alıb. Şəhər həm tarixi irsi, həm də müasir şəhər həyatı ilə səyahətsevərlərin diqqətini cəlb edir.

TodayPress TV xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu “Which?” araşdırma mərkəzinin apardığı sorğuya əsasən, İstanbul Avropanın ilk beş ən yaxşı şəhər istiqamətindən biri seçilib. Eyni zamanda, dünyaca məşhur “Condé Nast Traveller” jurnalının “Reader’s Choice Awards” mükafatında İstanbul “ailəvi istirahət üçün ən ideal şəhərlərdən biri” kimi qiymətləndirilib.

Turizm mütəxəssisləri hesab edirlər ki, payız mövsümünün başlaması ilə İstanbulun turizm potensialı daha da artır. Sərin hava və məktəb tətili dövrü şəhəri kəşf etmək üçün əlverişli vaxt hesab olunur.

Tarixi irsdən müasir sənətə: İstanbulun rəngarəng siması

İstanbul minilliklər boyu imperiyalara ev sahibliyi etmiş, zəngin tarixi və mədəni irsi ilə seçilən şəhərdir. UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Tarixi Yarımadada Ayasofya, Sultanəhməd (Mavi) Məscidi, Topqapı Sarayı və Yerebatan Sarnıcı kimi memarlıq inciləri yerləşir. Qapalıçarşı və Ədviyyat Bazarı isə şəhərin əsrlərdən bəri yaşatdığı ticarət ruhunu bu günə daşıyır.

Şəhərin digər üzü isə müasir mədəniyyət və incəsənətlə zəngindir. Bosfor boğazında gəzinti, iki qitəni birləşdirən bu unikal metropolun sehrini hiss etmək üçün ən gözəl yollardan biridir. Sahil boyunca uzanan “yalı”lar, minarələr və qağayıların səsləri ilə tamamlanan şəhər mənzərəsi səyahətə xüsusi rəng qatır.

İstiqlal küçəsi, Qalataport, Qaraköy kimi mərkəzlərdə yerləşən müasir kafelər, qalereyalar və butik mağazalar İstanbulun yaradıcı ruhunu əks etdirir. Bu mənzərəni tamamlamaq üçün İstanbul Modern, Atatürk Mədəniyyət Mərkəzi (AKM), Arter və Meşher kimi mədəniyyət ocaqları mütləq ziyarət olunmalıdır.

Payız aylarında İstanbul müxtəlif mədəni tədbir və festivallarla daha da canlanır. Hazırda İstanbul Kino Muzeyində nümayiş olunan "Ceyms Kemeronun Sənəti" sərgisində məşhur rejissorun 300-dən artıq işi yer alıb. Sərgi 2026-cı ilin yazına qədər davam edəcək.

Məşhur fotoqraf Stiv MakKörinin “The Haunted Eye” adlı sərgisi isə 30 noyabra qədər Mimar Sinan Universitetinin Tophane-i Amire Mədəniyyət Mərkəzində açıq olacaq.

Bu il İstanbul Biennalesi “Üçayaqlı Pişik” mövzusu ilə Kristina Tohme tərəfindən kuratorluq edilir və tədbir 2025–2027-ci illəri əhatə edən üçillik proqram formatında keçirilir.

Əlavə olaraq, Avstriyada təşkil olunan, “texnoloji incəsənət” sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri hesab edilən Ars Electronica festivalı 21–28 oktyabr tarixlərində yalnız Zorlu PSM-də baş tutacaq.

İstanbul Mədəniyyət və İncəsənət Fondunun (İKSV) təşkil etdiyi 29-cu İstanbul Teatr Festivalı 20 oktyabrdan başlayıb və 22 noyabra qədər davam edəcək. Festival çərçivəsində Türkiyə və xarici ölkələrdən 16 teatr və rəqs tamaşası təqdim ediləcək.

İstanbulda payız səyahəti yalnız tarix və mədəniyyətlə deyil, həm də zəngin mətbəx təcrübəsi ilə yadda qalır. Ənənəvi türk səhər yeməkləri, küçə ləzzətləri və modern təqdimatlı restoranlar şəhərə gələnlər üçün unudulmaz dadlar vəd edir.

Şəhərin hər guşəsində qarşılaşa biləcəyiniz kokoreç, kumpir və midyə dolma kimi küçə yeməkləri, İstanbulun gur və rəngarəng mətbəxinin canlı nümunələridir.

Daha incə zövqlərə üstünlük verənlər üçün isə MICHELIN ulduzlu restoranlar Anadolunun kulinariya irsini müasir texnikalarla təqdim edir.

İstanbula səfər planlaşdıranlar üçün 2025-ci il MICHELIN Key Award mərasimində təqdim edilən yeni otellərlə tanış olmaq da tövsiyə olunur.

TodayPress TV

FOTOLAR

İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında — 1
İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında — 2
İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında — 3
XƏBƏR LENTİ
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Bütün Xəbərlər