Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalandı

Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalandı
24.06.2025 11:12 Turizm

İyunun 24-də Azərbaycan Turizm Bürosu (ATB) ilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Sazişi ATB tərəfindən İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev, ADY tərəfindən isə sədr müavini Arif Ağayev imzalayıb.

TodayPress TV xəbər verir ki, saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrinin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur.

Əməkdaşlıq, həmçinin turizm sənayesinin inkişafı və keyfiyyət standartlarının artırılmasını hədəfləyir.

ADY sədrinin müavini Arif Ağayev bildirib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyətli icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək. O, həmçinin əməkdaşlığın regionlarda turizmin əlçatanlığını artıracağını, turizm sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əlaqələndiriləcəyini və yeni iş yerlərinin yaradılmasına töhfə verəcəyini vurğulayıb. 

Birgə fəaliyyət planına əsasən, dəmiryol stansiyalarında turizm məlumat məntəqələri və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlılığın artırılması və bu məlumatların daha əlçatan edilməsi planlaşdırılır. Eyni zamanda, regionlarda turist axınının rahatlığını təmin etmək məqsədilə qrup biletlərinin əlçatan edilməsi də nəzərdə tutulur.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev qeyd edib ki, bu tərəfdaşlıqla dayanıqlı turizmin inkişafına, regionlara səyahətin asanlaşdırılmasına və turistlərə unudulmaz təcrübələrin təqdim olunmasına töhfə vermək hədəflənir. Əməkdaşlıq çərçivəsində turizm sənayesi nümayəndələri ilə mütəmadi görüşlər, korporativ əməkdaşlığın genişləndirilməsi və qatar marşrutlarının tanıtımına dair çəkilişlərin təşkili də planlaşdırılır.

Qeyd edək ki, Abşeron dairəvi, Bakı–Qəbələ, Bakı–Balakən və Bakı–Qazax kimi əsas marşrutların tanıdılması məqsədilə tanıtım materiallarının yerli və beynəlxalq auditoriyaya təqdim olunması, həmçinin ADY-nin rezervasiya platformasının Azerbaijan.travel saytına inteqrasiyası və sistemlərin birgə işi nəzərdə tutulan fəaliyyətlər sırasındadır.

FOTOLAR

Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalandı — 1
Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalandı — 2
Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalandı — 3
Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalandı — 4
Azərbaycan Turizm Bürosu ilə ADY arasında əməkdaşlıq sazişi imzalandı — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Bütün Xəbərlər