Zelenski-Pəhləvi görüşü: Ukrayna Rusiyaya hansı mesajı verdi?

Zelenski-Pəhləvi görüşü: Ukrayna Rusiyaya hansı mesajı verdi?
17.02.2026 16:57 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenskinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə görüşməsi və ona dəstəyini ifadə etməsi Güneydə birmənalı qarşılanmayıb.  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Çingiz Şahbazi bildirib ki, Zelenskinin Rza Pəhləvi ilə görüşü siyasi-ideoloji və simvolik xarakter daşıyır: 


“Ukrayna Prezidenti bununla Rusiyaya qarşı koalisiyanı bütün istiqamətlərdə olduğu kimi, ehtimal olunan istiqamətlərdə də gücləndirir. Həmçinin Rusiyanın tərəfdaşlarına qarşı siyasi mesaj verir. Bu baxımdan Ukrayna Prezidenti üçün önəmli olan öz mövqeyindən çıxış etməsidir. İranın mövcud hakimiyyətinə qarşı əlinə keçmiş bütün fürsətləri dəyərləndirmək daha vacib hesab olunur, nəinki Rza Pəhləvinin kimliyi ilə bağlı məsələlər. Çünki İranın Rusiyaya “Şahed” tipli kamikadze dronlar verməsi, hərbi-texniki əməkdaşlığı genişləndirməsi və sanksiyalardan yayınma mexanizmlərində yardımlar etməsi Ukrayna Prezidentini belə addım atmağa məcbur edir. Prezident Zelenski bu addımı ilə İrana “Siz Rusiyanı dəstəkləyirsinizsə, biz də İran daxilində alternativ siyasi qüvvələrlə dialoqa açığıq” mesajını verir. Əslində, burada sırf İran hakimiyyəti hədəfə alınıb. Bu baxımdan Zelenskinin bu addımında nə Azərbaycanın, nə də Cənubi Azərbaycandakı soydaşlarımızın maraqları hədəf kimi görünməlidir. Çünki bu kimi siyasi motivasiyalarda dost xalqların maraqlarının zədələnməsi də təbii hesab oluna bilər. Assimetrik diplomatik cavablarda bu kimi hallar mümkündür”.  

Ekspert əlavə edib ki, digər tərəfdən Rza Pəhləvi Qərb siyasi dairələrində İran müxalifətinin simvolik fiqurlarından biridir. Zelenskinin onunla görüşməsi Ukraynanın demokratiya və avtoritarizm qarşıdurması prinsiplərini qabardır. Bu da öz növbəsində Rusiya–İran blokuna qarşı ideoloji cəbhə formalaşdırır. Belə ki, daxili auditoriyadan çox Qərb ictimaiyyətinə ünvanlanan bu jest Ukrayna Prezidentinin İran xalqına qarşı olmadığını da göstərir. Çünki İran rejiminə qarşı atılan bu addım İran xalqının Qərb dəyərləri prizmasından məsələyə yanaşmasının lazım olduğunu istisna etmir.  


“Bu baxımdan Güneydəki azərbaycanlılar baş verə biləcək bütün məsələlərdə alternativ düşüncəyə qapanmamalı, əksinə, bütün situasiyaları öz xeyirlərinə çevirməyi bacarmalıdırlar. Çünki İranda proseslər hələ çox uzun illər davam edə bilər”, - deyə Ç.Şahbazi fikrini yekunlaşdırıb.  

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Все новости