Post-Xamenei dövrünə eyham: Rusiya və ABŞ-nin addımları təsadüfi deyil…

Post-Xamenei dövrünə eyham: Rusiya və ABŞ-nin addımları təsadüfi deyil…
24.06.2025 13:36 Təhlil

ABŞ Prezidenti Donald Tramp iyunun 23-ü gecə saatlarından etibarən İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. İranın yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə atəşkəsin Qətərin vasitəçiliyindən sonra baş tutacağını təsdiqləyib.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi isə iyunun 24-də İranla atəşkəsə razı olduğunu rəsmən elan edib. Bildirilib ki, İsrail əməliyyat məqsədlərinə nail olduqdan sonra Trampla tam koordinasiya əsasında İranla ikitərəfli atəşkəsə razılaşıb. 

Bütün bunlar İranın Qətərdəki ABŞ hərbi bazasına iyunun 23-də həyata keçirdiyi hücumdan sonraya təsadüf edib. Ancaq bu raket hücumları ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həyata keçirilmiş aviazərbələrə cavab olaraq simvolik xarakterdə olub, hər hansı bir itkiyə səbəb olmayıb. 

Prosesi TodayPress TV-yə şərh edən analitik Aqşin Kərimov bildirib ki, İsrail-İran hərbi eskalasiyanın atəşkəslə dayandırılması baş tutsa da, tərəflər arasındakı münaqişənin sonlanmasından danışmaq hələ ki, tezdir.

Ekspert bununla belə hesab edir ki, Yaxın Şərqdəki İsrail-İran qarşıdurmasındakı misli görünməmiş təcrübə bir neçə mətləbi üzə çıxaracaq. 

“İlk növbədə qlobal nizam və onun qaydaları Rusiya-Ukrayna müharibəsinin gedişatına uyğun olaraq dəyişir. İranla İsrailin perspektiv əlaqələrində tərəflərin bir-biri ilə danışıq aparması üçün yaxşı bir presedent yaranır. Bu, tərəflərin strateji məqsəd və vəzifələrini sürpriz görüşlər vasitəsilə bir-birlərinə çatdırması üçün unikal diplomatik kanal ola bilər. Ehtimalla, Çin, Rusiya və ABŞ arasında İran-İsrail münasibətlərinin tənzimlənməsi üçün moderatorluq uğrunda mübarizə gedəcək. Lakin İsrail-İran raket müharibəsində Azərbaycanın strateji təmkinə əsaslanaraq tutduğu mövqe onun da brokerlik üçün təsir imkanlarını artıra bilər”. 

Ekspert əlavə edib ki, Təl-Əvivlə Tehran arasındakı hərbi eskalasiya başqa bir tərəfdən Rusiya-ABŞ əlaqələrindəki dinamikadan da qaynaqlanır: 

“İranla İsrail arasındakı əlaqələrdə müharibə ritorikası yeni olmasa da, baş verən toqquşma elə Ukraynadakı müharibənin yaratdığı geosiyasi təsirlərin bir hissəsi idi. Donald Trampın 2025-ci ildə ikinci dəfə prezidentlik fəaliyyətinə başlamasından sonra onun Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoffun Ukrayna müharibəsi üzrə danışıqlardakı iştirakı da hər şeyi deyə bilər. Rusiya ilə ABŞ Ukraynadakı müharibə ilə Yaxın Şərqdəki dinamikaları tutuşdurmaq və nəticələri bölüşdürmək üçün bir plan hazırlığında görünə bilər. Rusiyanın İrana əhəmiyyətli dəstək verməməsi, nüvə proqramının inkişafı ilə əlaqədar ABŞ ilə aşağı-yuxarı eyni mövqeni bölüşməsi də təsadüf deyil”. 

A.Kərimov hesab edir ki, İran-İsrail qarşıdurması İrandaxili ali rəhbərlik institutunda imtiyaz qazanmaq proseslərini sürətləndirib.   

“İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin hakimiyyətdən getməsi ehtimallarına uyğun olaraq onun əvəzlənməsi üçün föqvəladə vəziyyət planının hazırlandığı bildirilir. Digər tərəfdən, İran daxilində bəzi ruhanilərin və mötədil qüvvələrin İsraillə münasibətlərdə atəşkəsə nail olmaq səylərinin artdığı vurğulanır ki, bu da post-Xamenei dövrü üçün siqnalların güclənməsinə eyham vurur”, - deyə o, fikrini yekunlaşdırıb.    

Töhfə Səməd

FOTOLAR

Post-Xamenei dövrünə eyham: Rusiya və ABŞ-nin addımları təsadüfi deyil… — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Bütün Xəbərlər