Paşinyanın “boz kardinalı” əks cəbhədə: Ermənistanda vəziyyət qarışır...

Paşinyanın “boz kardinalı” əks cəbhədə: Ermənistanda vəziyyət qarışır...
22.09.2025 16:36 Təhlil

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüş keçirib. Tərəflər Rusiya ilə ittifaqın dərinləşdirilməsi, yeni siyasi hərəkatın qurulması və Baş nazir Nikol Paşinyana qarşı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Analitiklərə görə, bu görüş Ermənistan siyasətində yeni daxili bloklaşmaların başlanğıcı ola bilər. 

Ter-Petrosyan həmçinin Rusiya səfiri ilə də görüşüb. Bu addım gözlənilməz olub, çünki indiyədək qərbyönümlü siyasətçi kimi tanınan və Paşinyanın “boz kardinalı” hesab edilən Ter-Petrosyan birdən-birə əks cəbhəyə keçib.   

Siyasi şərhçi Kənan Novruzov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Koçaryan və Sarkisyanın xisləti və niyyəti əvvəldən məlum olub.

Burada təəccübləndirən Petrosyanın addımıdır. Çünki Petrosyan Ermənistan siyasətində indiyədək qismən praqmatik siyasətçi kimi tanınıb:

“Onun birdən-birə bu addıma getməsində “Rusiyanın barmağı” var. Rusiya Ermənistanda öz təsir imkanlarını artırmağa çalışır. Başa düşür ki, bu, təkcə Sarkisyan və Koçaryanla görüləcək iş deyil. Çünki, onlara inam və etimad azalıb və onlar belə demək mümkünsə, işlənmiş kartlardır. Nə Sarkisyandan, nə də Koçaryandan heç kimə fayda gəlməyəcək. İndi Petrosyanın bu revanşist koalisiyaya keçməsi təbii ki, həm də onlara etimadın artmasına səbəb ola bilər”. 

Ekspertin sözlərinə görə, Rusiya bölgədə mövqeyini itirdikcə Ermənistanda daxili siyasəti qarışdırmağa çalışır:

“Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda baş verən proseslərdən çox narahatdır. Birincisi, Azərbaycan və Ermənistanın münasibətlərinin normallaşmasından, ikincisi isə ABŞ-nin Cənubi Qafqaza daxil olmasından. Rusiya Paşinyandan bezib. Düzdür, Ermənistan və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi artıb, bu xüsusi qeyd olunmalıdır. Amma Paşinyanın daim sağa-sola manevrləri Kremli narahat edir. Rusiya nə Cənubi Qafqazda sülhün əldə olunmasını, nə də Amerikanın bölgəyə gəlməsini istəyir”.

Analitik qeyd edib ki, Moskvanın əsas hədəfi sülh prosesini pozmaq və ABŞ-nin bölgədə möhkəmlənməsinə mane olmaqdır. 

O vurğulayıb ki, Moskva bu dəfə Paşinyanı hakimiyyətdən devirmək üçün daha hazırlıqlı ola bilər:

“Təsadüfi deyil ki, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdığı bir vaxtda həm Azərbaycana, həm də Ermənistana qarşı təzyiqlərə başladı. Bizim soydaşlarımıza qarşı təqiblər həyata keçirildi, bundan əvvəl təyyarəmiz vuruldu, sonrakı mərhələdə Ukrayna üzərindən müəyyən hücumlar baş verdi. Ermənistanda isə kilsə hakimiyyətə qarşı qaldırıldı. Bu, artıq Rusiyanın aqressiv ritorikasının təzahürü idi. Bundan sonra Ermənistanda hakimiyyətə qarşı təzyiqlər artacaq. Paşinyanı bu və ya digər formada devirmək ritorikası güclənəcək. Hərçənd indiyə qədər buna dəfələrlə cəhd olunub və uğursuzluqla nəticələnib. Elə buna görə də Moskva bu dəfə daha hazırlıqlı və güclü olmaq istəyir və Petrosyanı da öz tərəfinə çəkir. Ermənistan daxilində müəyyən siyasi fırtınaların olması gözləniləndir. Amma düşünmürəm ki, bu, asan başa gələcək”. 

Ekspertin fikrincə, Paşinyana qarşı sui-qəsd ehtimalı da mümkündür. Rusiya sülh sazişinə mane olmaq və ABŞ-nin regiona gəlməsinin qarşısını almaq üçün bütün vasitələrə əl atacaq. Bu kontekstdə Paşinyana qarşı sui-qəsd ehtimalı da istisna deyil. Onun hansısa formada hakimiyyətdən devrilməsi də gündəmdədir. 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Paşinyanın “boz kardinalı” əks cəbhədə: Ermənistanda vəziyyət qarışır... — 1
XƏBƏR LENTİ
03 IYUN 2026
“Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 İran Küveyt aeroportuna zərbə endirdi - ÖLƏN VAR 13:17 DSX sərhədi pozan nigeriyalıları saxladı - FOTO 13:09 İyunun 4-ə gözlənilən hava proqnozu açıqlandı 13:00 Kiyev bombalanır - NATO baş katibi şəhərdədir 12:45 Vembanyama üçün fantastik müqavilə hazırlanır 12:30 Prezident Mərkəzi Bankın yeni binasını açdı - 35 mərtəbəlidir 12:22 Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolu inşa ediləcək 12:18 Ermənistanda Azərbaycanla dost olmaq istəyənlərin sayı artdı - RƏY 12:18 Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Bütün Xəbərlər