Ermənistan Türkiyəyə belə birləşir - 50 ilin ilk körpüsü

Ermənistan Türkiyəyə belə birləşir -  50 ilin ilk körpüsü
05.05.2026 18:09 Təhlil

İrəvanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısı çərçivəsində Türkiyə və Ermənistan arasında tarixi Ani (İpək Yolu) Körpüsünün birgə bərpasına dair rəsmi protokol  imzalanıb. Sənədi Ermənistan tərəfindən Milli Məclisin vitse-spikeri və normallaşma prosesi üzrə xüsusi nümayəndə Ruben Rubinyan, Türkiyə tərəfindən isə Serdar Kılıç imzalayıb. Bu addım iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində həm simvolik, həm də praktiki əhəmiyyət daşıyır.

Ani Körpüsü (X–XI əsrlər, bəzi mənbələrə görə XIII əsr) Axuryan (Arpaçay) çayı üzərində yerləşir və orta əsrlərdə İpək Yolu marşrutlarının mühüm keçid nöqtələrindən biri olub. Körpünün təktağlı konstruksiyası 30 metrdən artıq aşırım məsafəsinə malik idi. Hazırda onun yalnız dayaqları qalıb, tağ hissəsi isə tamamilə uçub. Ətraf ərazidə qala-qapı tipli arxeoloji qalıqlar müşahidə olunur. XIX əsr səyyahlarının qeydlərində burada bir qarovulxananın mövcud olduğu da qeyd edilir.

Ani şəhəri isə Bagratuni Ermənistan krallığının (961–1045) paytaxtı kimi özünün ən yüksək inkişaf dövrünü yaşayıb. “Min bir kilsəli şəhər” kimi tanınan Ani, həm ticarət, həm də mədəniyyət və memarlıq baxımından mühüm mərkəz idi. Şəhərin əhalisi təxminən 100 min nəfərə çatırdı. Burada şəhər divarları, saraylar, kilsələr (məsələn, Qagik I katedrali) və güclü müdafiə sistemləri mövcud idi. Lakin şəhər 1064-cü ildə Səlcuqların, 1236-cı ildə monqolların hücumları, 1319-cu il zəlzələsi və ticarət yollarının dəyişməsi nəticəsində tədricən tənəzzülə uğramış, XVII əsrdə isə tamamilə tərk edilmişdir.

Dünən imzalanan  protokolda qeyd olunan körpü isə Ani arxeoloji kompleksinin bir hissəsidir. Bu kompleks 2016-cı ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və Ermənistanla Türkiyə sərhədində yerləşən yaylada yerləşir. Ani həm erməni, həm də sonrakı Səlcuq və digər mədəni təsirləri özündə əks etdirən çoxqatlı memarlıq irsi nümunəsidir.

Körpünün bərpası həm hərfi, həm də simvolik mənada “körpü” funksiyası daşıyır. 1993-cü ildən bağlı olan sərhəd və Qarabağ münaqişəsi nəticəsində formalaşmış tarixi gərginlik fonunda bu layihə etimad quruculuğu üçün mühüm fürsət hesab olunur. Türkiyə tərəfi bu təşəbbüsü “simvolik və konkret əməkdaşlıq” kimi qiymətləndirərək onun davamlı sülh və qarşılıqlı etimad mühitinə töhfə verəcəyini bildirib. Ermənistan tərəfi isə mədəni irsin birgə qorunmasının vacibliyini vurğulayıb.

Bu təşəbbüs Türkiyə–Ermənistan normallaşma prosesinin davamı kimi qiymətləndirilir. Xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıç arasında son illərdə aparılan görüşlər və 2023–2025-ci illərdəki müzakirələr bu protokola zəmin yaradıb. Layihənin turizmi inkişaf etdirəcəyi, sərhəd bölgələrində iqtisadi əlaqələri gücləndirəcəyi gözlənilir.

Bununla yanaşı, bərpa işlərinin UNESCO standartlarına uyğun aparılması və orijinal memarlıq elementlərinin qorunması əsas şərt kimi qeyd olunur.  İstənilən halda,  Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından birbaşa asılıdır.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Yeddi komanda mövsüm ərzində hərəsinə 100 milyon avrodan çox pul qazanıb 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 Все новости