İrakli Kobaxidze Azərbaycan Prezidentini təbrik etdi

İrakli Kobaxidze Azərbaycan Prezidentini təbrik etdi
28.05.2026 20:31 Siyaset Ru

Gürcütanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

TodayPress TV məktubu təqdim edir:

"Zati-aliləri.

Sizi Gürcüstan Hökuməti və gürcü xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

28 May rəmzi və tarixi əhəmiyyətə malik bir gündür, Azərbaycan xalqının müstəqillik, dövlət quruculuğu və milli birlik arzusunu əks etdirir.

Gürcüstan Azərbaycanla möhkəm dostluğa və strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında əməkdaşlıq bir çox istiqamətlərdə uğurla inkişaf edir və qarşılıqlı hörmətə, mehriban qonşuluğa, ortaq maraqlara əsaslanır.

Əminəm ki, Gürcüstan və Azərbaycan arasında ənənəvi yaxın münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və regionda sabitliyin, təhlükəsizliyin, rifahın təmin edilməsinə əhəmiyyətli töhfə verəcək.

Cənab Prezident, mənim xüsusi ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Sizə məsuliyyətli işinizdə uğurlar, Azərbaycan Respublikasına və xalqına sülh, tərəqqi və rifah arzulayıram".

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Все новости