SOCAR hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Bu barədə TodayPress TV-yə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.