Qobustan RMX-yə mediatur təşkil edildi

Qobustan RMX-yə mediatur təşkil edildi
21.06.2025 10:52 Sağlamlıq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına (RMX) mediatur təşkil edilib.

TodayPress TV xəbər verir ki, səfərin məqsədi media və Qeyri Hökumət Təşkilatlarının nümayəndələrini xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, birlik tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin olunması, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir: “2025-ci ilin ilk 5 ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 10 milyon 546 min 23 müraciət qeydə alınıb. Bunlardan 219 min 180-i stasionar, 10 milyon 326 min 843-ü ambulator olub. Eyni dövr ərzində vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 37 milyon 481 min 249-a bərabər olub ki, onlardan 4 milyon 889 min 729-nu stasionar, 32 milyon 591 min 520-ni ambulator xidmətlər təşkil edib”.

İTSDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova deyib ki, icbari tibbi sığortanın tətbiqindən sonra Qobustan RMX-də daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib: “Ən mühüm dəyişikliklərdən biri artıq xəstəxanada ginekoloji, o cümlədən qeysəriyyə, LOR, oftalmoloji, uroloji və travmatoloji əməliyyatların icrası ilə bağlıdır. Son 1 il yarım ərzində 1100-ə yaxın cərrahi əməliyyat həyata keçirilib ki, bu da regionda tibbi xidmətlərə əlçatanlığın artdığını göstərir. Bundan əlavə, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın strukturunda yeni şöbələr yaradılıb. Yeni yaradılan Fizioterapiya şöbəsində ötən ildən bu günə qədər 12 minə yaxın fizioterapevtik xidmət göstərilib ki, bu da xüsusilə reabilitasiyaya ehtiyacı olan pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır”.

Daha sonra Qobustan RMX-nin direktoru Günay Muradova müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxananın nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi, 10 kənd həkim məntəqəsi var və həmin müəssisələrdə 350 nəfər çalışır. Tibb müəssisələrində çarpayı fondunun ümumi sayı isə 70-dir. Qobustan RMX-də cərrahiyyə, ginekologiya, pediatriya, terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, fizioterapiya şöbələri və laboratoriya fəaliyyət göstərir. “2023-cü il ərzində Qobustan RMX-yə 75 min 600 ambulator, 790 stasionar və 10 min 200 təcili tibbi yardım üzrə müraciət daxil olub. 2024-cü ildə və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 2 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb. 2025-ci ilin ilk 5 ayında həyata keçirilən əməliyyatların ümumi sayı 155, doğum sayı 12, radioloji xidmətlərin sayı 22 min 900, laborator xidmətlərin sayı isə 65 min 800 olub”.

Günay Muradova deyib ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili üçün xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub. "Region əhalisinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb. Xəstəxana exokardioqrafiya (EXO), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laparoskop, exokardioqrafiya və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib. Yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR, oftalmoloji, uroloji, laporoskopik və travmatoloji əməliyyatların icrasına başlanılıb”, - deyə o vurğulayıb.

Günay Muradova xəstəxananın qarşısına qoyduğu hədəflər barədə də danışıb. O diqqətə çatdırıb ki, əməliyyatların sayının artırılması, Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, fizioterapiya şöbəsinin stasionar xidmət formatına keçirilməsi xəstəxananın əsas məqsədlərindəndir.

Daha sonra mediatur iştirakçıları xəstəxananın müvafiq şöbələrinə baxış keçiriblər və tibb müəssisəsində müayinə olunublar.

FOTOLAR

Qobustan RMX-yə mediatur təşkil edildi — 1
Qobustan RMX-yə mediatur təşkil edildi — 2
Qobustan RMX-yə mediatur təşkil edildi — 3
Qobustan RMX-yə mediatur təşkil edildi — 4
Qobustan RMX-yə mediatur təşkil edildi — 5
Qobustan RMX-yə mediatur təşkil edildi — 6
Qobustan RMX-yə mediatur təşkil edildi — 7
XƏBƏR LENTİ
01 IYUN 2026
İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 Bütün Xəbərlər