Mədəaltı vəzi xərçənginə qarşı qoruyucu aşkarlandı

Mədəaltı vəzi xərçənginə qarşı qoruyucu aşkarlandı
15.01.2026 19:45 Sağlamlıq

Mədəaltı vəzi xərçənginin ən təhlükəli formalarından biri olan pankreas axacağı adenokarsinomasında (PDAC) "CTDNEP1" geni mühüm rol oynaya bilər.  

TodayPress TV xəbər verir ki, Tokio Elm Universitetinin alimlərinin bu araşdırmasının nəticələri "Cancer Genomics & Proteomics" jurnalında dərc olunub.

PDAC mədəaltı vəzi xərçəngi hallarının 90 faizdən çoxunu təşkil edir və çox vaxt gec aşkarlandığı üçün ölüm riski yüksəkdir. Yaponiyada bu xəstəlik hər il on minlərlə insanın həyatına son qoyur.

Alimlər 184 PDAC xəstəsinə aid genomik və klinik məlumatları təhlil edərək müəyyən ediblər ki, "CTDNEP1" geninin aktivliyi şiş toxumasında sağlam toxuma ilə müqayisədə xeyli aşağıdır. Bu azalma xüsusilə xəstəliyin erkən mərhələlərində müşahidə olunur.

Tədqiqat göstərib ki, "CTDNEP1" geninin aşağı səviyyəsi KRAS və TP53 kimi təhlükəli mutasiyalarla, eləcə də xəstələrin daha qısa sağ qalma müddəti ilə əlaqəlidir. Bundan başqa, genin zəif fəaliyyəti şişin immun sistemindən yayınmasına və xroniki iltihaba səbəb ola bilər.

Əksinə, bu genin yüksək aktivliyi daha güclü immun cavab, aktiv hüceyrə metabolizmi və şiş ətrafında immun hüceyrələrin artması ilə müşahidə olunub.

Hazırda komanda "CTDNEP1" geninin şişin böyüməsinə və immun sistemlə qarşılıqlı təsirinə təsirini daha dərindən öyrənmək üçün əlavə laboratoriya tədqiqatları aparır.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Все новости