Blogger və həkimlərin qurbanı qadınlar

Blogger və həkimlərin qurbanı qadınlar
09.04.2026 12:11 Sağlamlıq

Sosial şəbəkələr müasir həyatın rol modelinə çevrilib. "Instagram", "TikTok" və "YouTube"da minlərlə izləyicisi olan bloggerlər, influnserlər mükəmməl bədən formaları, simmetrik üz xüsusiyyətləri və “ideal” görünüşləri ilə insanlara "nümunə" olurlar.

Qadınlar bloggerlərə baxır, "mən də belə olmalıyam" düşüncəsi ilə bıçaq altına yatırlar. Təəccüblü deyil ki, şəhərdə çoxluq bir-birinə bənzəyir. Amma bu "gözəllik yolu" çox vaxt faciə ilə bitir - uğursuz əməliyyatlar, ağır fəsadlar və ya ölüm.

Sosial təzyiq və "ideal" axtarışı

Bloggerlər filtrlərlə, fotoşopla və ya estetik müdaxilələrlə yaradılan “mükəmməl” görüntüləri paylaşırlar. Qadınlar, xüsusilə gənc qızlar, bu görüntülərə baxıb özlərini qeyri-kafi hiss edirlər. Burun düzəltmə, dodaq böyütmə, liposaksiya, bədən şəkilləndirmə, sinə əməliyyatı kimi prosedurlar "asanlıqla" reklam olunur. Klinikalar sosial şəbəkələrdə sponsorluq edir, "əvvəl-sonra" fotoları paylaşır. Nəticədə qadınlar sağlamlıq risklərini düşünmədən, bəzən ucuz qiymətə və ya "məşhur həkim"ə etibar edərək əməliyyata razılaşırlar. Lakin reallıq fərqlidir.

Əməliyyat qurbanları

Azərbaycanda estetik və plastik əməliyyatların qurbanları haqqında rəsmi statistika Səhiyyə Nazirliyi və ya Dövlət Statistika Komitəsi tərəfindən açıq şəkildə dərc olunmasa da, mediada tez-tez belə xəbərlərlə rastlaşırıq. Ölüm halları ümumi "cərrahi fəsadlar" və ya “anesteziya ağırlaşmaları” kateqoriyasında qeydə alınır. Ölümlərin sayı ildən-ilə artır və bəzi ekspertlərə görə, bu sahədə Azərbaycan "dünya rekordu" qırır.

Bəzi nümunələrə diqqət çəkək:

Yanvar, 2025: 30 yaşlı Nəzrin Mansurova burun əməliyyatı zamanı komaya düşüb və vəfat edib. Cinayət işi açılıb.

Avqust, 2023: Gəncə sakini 17 yaşlı Aygül Orucova burun əməliyyatından sonra narkozdan ayılmayıb.

İyun, 2023: “MedEra” hospitalında bədən şəkilləndirmə əməliyyatı keçirən Aygün trombozdan vəfat edib (cərrah Günel Bayramlı).

May, 2021: Arzu Süleymanova “Azər-Türk Med” klinikasında plastik əməliyyatdan sonra komaya düşüb və Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

İyun, 2019: 22 yaşlı Leyla Oruclu (“Zəfəran Hospital”, cərrah Siruz Qoçxani) liposaksiyadan 2 gün sonra vəfat edib.

Bu siyahı tam deyil. Bir çox hadisə medianın diqqətindən kənarda qalır. Bəzi həkimlər rezidentura keçmədən və ya kifayət qədər təcrübəsiz əməliyyat aparırlar.

Qeyd edək ki, 2025-ci ilə olan məlumata görə, Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətə icazəsi olan cəmi 45 həkim var.

Gözəllik həyatdan bahadır

Bloggerlər və bəzi həkimlər “gözəllik” satır, amma qurbanlar qadınlardır. Uğursuz əməliyyatlar nəinki görünüşü korlayır, həm də həyatı bitirir. Bu məsələdə yalnız fərdi məsuliyyət yetərli deyil, Səhiyyə Nazirliyi, klinikalar və media daha sərt nəzarət və maarifləndirmə aparmalıdır.

Qadınlara müraciət

Əməliyyatdan əvvəl sağlamlıq yoxlanışı keçirin, yalnız Səhiyyə Nazirliyinin icazəli siyahısındakı həkimlərə müraciət edin, riskləri dərindən öyrənin. Gözəllik müvəqqətidir, həyat isə əvəzsizdir.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Qatarın qarşısına qəflətən çıxan gənc öldü 09:50 Yeni mövsümü planlaşdırırdı, amma istefa xəbəri aldı 09:44 Mobil telefon kimi top: Mundialın ən maraqlı yeniliyi 09:38 Təbii qazın dəyəri artdı 09:36 Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Все новости