Paytaxtda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Növbəti profilaktik tədbir nəticəsində iki nəfər könüllü olaraq 2 avtomat silahı və 59 ədəd patronu polisə təhvil veriblər.
Araşdırma aparılır.