Lerikdə yanğın törədən şəxs saxlanıldı
Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan TodayPress TV-yə verilən məlumata görə, araşdırmalarla yanğının Çayrud kənd sakini 1987-ci il təvəllüdlü Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi məlum olub.
C.Əliyev məsuliyyətə cəlb olunub.