Kürdə batan şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ
Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsində batan şəxsin kimliyi məlum olub.
TodayPress TV xəbər verir ki, o, 1986-cı il təvəllüdlü Əliyev Sənan İlham oğludur.
Şəxsin Bərdə rayon sakini olduğu bildirilir.
***
20:47
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
TodayPress TV xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.